Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” “Sabah”ı paytaxt təmsilçisinin stadionunda qəbul edib.
Dörd qolluq bu oyunda qalib müəyyənləşməyib. Günün digər qarşılaşması “Zirə” ilə “Sumqayıt” arasında olacaq.
Daha öncə keçirilmiş oyunlarda “Karvan-Yevlax” “Turan Tovuz”a (1:2), “Kəpəz” “İmişli”yə (0:3) məğlub olub. “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
9-cu tur
25 oktyabr
“Araz-Naxçıvan” – “Sabah” 2:2
Qollar: İssuf Paro, 58. Ba-Muaka Simakala, 90+9- Stiv Solvet, 54. Coy Lens Mikels, 73-pen.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80.
Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:46 / 25.10.2025
“Araz Naxçıvan” – “Sabah” matçında heç-heçə - VİDEO
Hazırda oxunan: “Araz Naxçıvan” – “Sabah” matçında heç-heçə - VİDEO
Hazırda oxunan: “Araz Naxçıvan” – “Sabah” matçında heç-heçə - VİDEO
577181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































