"Çelsi" futbolçuları məşq bazasından təxliyə olundular

Hazırda oxunan: "Çelsi" futbolçuları məşq bazasından təxliyə olundular

577157

İngiltərənin "Çelsi" klubu xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, London təmsilçisinin futbolçuları və texniki heyəti kimyəvi yanğın təhlükəsi səbəbindən məşq bazasını tərk etməli olublar.

Klubun əsas komandası və işçiləri kompleksin üzgüçülük hovuzunda olarkən həyəcan siqnalı verilib. Onlar Kobham bazasının əsas binasını boşaldıblar. Yanğın və Xilasetmə Xidməti araşdırma aparmaq üçün hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər həyəcan siqnalının yalan olduğunu təsdiqlədikdən sonra oyunçulara və heyətə əşyalarını götürmək üçün binaya qayıtmağa icazə verilib.

Qeyd edək ki, "Çelsi" bu gün İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Sanderlend"lə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin