Argentina millisinin hücumçusu, ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində bir təqvim ili ərzində klub səviyyəsində ən çox qol vuran oyunçu olub.
Bizim.Media xəbnər verir ki, Messi bu nailiyyətə Şərq Konfransının pley-off mərhələsinin birinci raundunda “Neşvill”ə qarşı keçirilən oyunda imza atıb.
Görüş 3:1 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb, argentinalı ulduz isə iki qol vuraraq 2025-ci ildə bütün turnirlər üzrə qollarının sayını 39-a çatdırıb.
Bundan öncə bu göstəriciyə görə rekord 38 qolla meksikalı Karlitos Vela (2019) və qabonlu Deni Buangaya (2023) məxsus olub.
Bizim.Media



























































































