Rafinya “El Klasiko”da oynamayacaq

Hazırda oxunan: Rafinya “El Klasiko”da oynamayacaq

577079

Braziliyalı hücumçu Rafinya Dias Madrid “Real”ı ilə qarşıdakı “El-Klasiko” oyununda “Barselona”ya kömək edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Xerar Romero məlumat verib.

Mənbənin məlumatına görə, Rafinya bu gün “Barselona”nın məşqini vaxtından əvvəl tərk edib.

Məşqdən əvvəl futbolçu özünü əla hiss edib və qarşıdakı “El Klasiko”da iştirak üçün icazə alıb. Lakin son məşq zamanı o səhəttində narahatlıq hiss edib.

Qeyd edək ki, İspaniya çempionatının onuncu turu çərçivəsində “Real”(Madrid) və “Barselona” arasında oyun oktyabrın 26-da keçiriləcək. Görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin