İki boksçumuz Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: İki boksçumuz Avropa çempionatının FİNALINDA

576989

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 1 oğlan idmançısı yarımfinala vəsiqə əldə edib.

Bildirilib ki, 66 kq-da Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib. O, döyüşün taleyini ilk raundda həll edib.

Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.
 

Qız boksçularının mübarizəsində isə millimizin 2 üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib.


Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.
Xumar Cəfərli (75 kq) Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Yağmur Eryurtlə (Türkiyə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin