“Sabah” klubunun kapitanı Pavel Safrankonu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Bizim.Media-ya “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:
“Sabah”ın kapitanı Pavel Safranko ciddi zədə alıb. Zədədən sonra o, dərhal həkim müayinəsindən keçdi. Futbolçunun öz çarpaz bağlarında qopma müəyyən olunub. Onun bir neçə ay oynamayacağı dəqiqdir”, - məlumatda bildirilib.
Xatırladaq ki, Safranko “Sabah”ın U-19 komandası ilə yoxlama oyununda zədələnmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media





























































































