UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turunda həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Bizim.Media turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesdir.
22 yaşlı futbolçu azarkeşlərin səsverməsində Feliks Nmeça (“Borussiya” Dortmund), Qorka Quruseta (“Atletik”) və Dennis Man (PSV) kimi rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Fermin Lopes “Barselona”nın “Olimpiakos” üzərində 6:1 hesablı qələbə qazandığı matçda 3 qol vurmuşdu.
Bizim.Media





























































































