Miçel Maderadan “Qarabağ” – “Atletik” görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Miçel Maderadan “Qarabağ” – “Atletik” görüşü ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

576626

“Qarabağ” indiyədək rəqiblərinə çox sürprizlər yaşadıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Miçel Madera bu gün keçiriləcək “Atletik” (İspaniya) -“Qarabağ” (Azərbaycan) matçı barəsində danışarkən deyib.

İspaniyalı sabiq yarımmüdafiəçi Ağdam klubunun qələbə qazanacağına inandığını bildirib:

“Düzdür, Atletik”lə səfərdə oynamaq rəqib komandalar üçün həmişə çətin olub.

Komandanın baş məşqçisi Valverde hücumameyilli futbol oynadır. Amma  “Qarabağ” da kifayət qədər sürprizli komandadır. Buna görə də bu gün “Qarabağ” qələbə qazansa heç təəccüblənmərəm. Mən şəxsən “Qarabağ”ın qələbə qazanacağını gözləyirəm”.

Miçel keçmiş komandasını stadionda dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, “Qarabağ”Çempionlar Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazandığı mövsümdə İspaniya səfərindən (“Atletiko”) Miçelin 40-cı dəqiqədə vurduğu qol sayəsində 1 xalla qayıtmışdı.

2015 - 2020-ci illərdə “Qarabağ”da çıxış edən Miçel Madera 159 oyuna 30 qol vurub.

Xatırladaq ki, bu gün Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” səfərdə “Atletik”lə qarşılaşacaq. "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin