Ronaldo ilə Cokoviç bir-birilərinə forma HƏDİYYƏ ETDİ

Hazırda oxunan: Ronaldo ilə Cokoviç bir-birilərinə forma HƏDİYYƏ ETDİ

576516

24-qat “Böyük Dəbilqə” çempionu və dünyanın beşinci raketkası serb Novak Cokoviç və “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabondakı tennis klubunda qarşılaşıblar.

Bizim.Media xəbər verir ki, idmançılar üzərinə müxtəlif sözlər yazılmış imzalı formalarını bir-birilərinə hədiyyə ediblər.
 

Bu mövsüm Novak Cokoviç dörd “Böyük Dəbilqə” turnirinin hamısında yarımfinala yüksəlib. O, İsveçrənin Cenevrə şəhərində keçirilən “ATP-250” turnirində qalib gələrək 100-cü çempionluğunu qazanıb.


Bir neçə gün əvvəl Kriştiano Ronaldo klub səviyyəsində karyerasında 800-cü qolunu vurub.

Beşqat “Qızıl top”un sahibi “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəsr”da 99, “Sportinq”də isə 5 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin