“Qarabağ”ın növbəti ÇƏTİN SINAĞI – Təmsilçimiz “üçdə üç” edə BİLƏCƏK?

Hazırda oxunan: “Qarabağ”ın növbəti ÇƏTİN SINAĞI – Təmsilçimiz “üçdə üç” edə BİLƏCƏK?

576476

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi 3-cü turda səfərdə İspaniyanın “Atletik” Bilbao komandası ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələrinin ilk iki turda maksimal nəticə qazanması bu oyuna marağı xeyli artırıb. Bir çoxlarını bu sual çox maraqlandırır.

Görəsən “Qarabağ” uğurlu seriyanı davam etdirə biləcəkmi?

Əlbəttə Bilbao təmsilçisi hazırda yaxşı günlərini yaşamasa belə, aqressiv futbol oynayır və öz meydanında çox nadir hallarda uduzur.

Oyunla bağlı Bizim.Media-ya açıqlama verən futbol eksperti Ceyhun Sultanov “Qarabağ”ın yenə öz oyun üslubuna sadiq qalacağını və belə oyunla İspaniya klubunu məğlub edə biləcəyini düşünür:

“Qarabağ” dominant futbol oynamağı sevən və oyun sisteminə sadiq qalan komandadır. Əgər komanda digər oyunlardakı kimi əldə etdikləri qol vəziyyətlərindən istifadə edə bilsə, mənə elə gəlir ki, “Atletik”i də məğlub etmək olar. Fikrimcə, “Atletik”in baş məşqçisinin sözləri başqa, meydanda gedəcək mübarizə isə başqadır. Mən “Qarabağ”ın ölkəmizi Çempionlar Liqasında çox uğurla təmsil edəcəyini düşünürəm və hesab edirəm ki, komanda bu dəfə də ölkəmizə yaxşı nəticə ilə qayıdacaq”.

Milli komandamızın keçmiş üzvü, futbol veteranı Bəxtiyar Musayev isə “Qarabağ”ı çətin oyunun gözlədiyini dedi:
 

“Qarabağ”ı çətin oyun gözləyir. Çünki “Atletik”in həm İspaniya çempionatında, həm də Çempionlar Liqasında oyunlarını görmüşük. Xüsusilə öz meydanlarında azarkeşlər rəqib üzərində çox ciddi basqı yaradır. “Qarabağ” təcrübəli bir kollektivə qarşı oynayacaq. Orada uzun müddət bir yerdə oynamış futbolçular var. Ancaq Ağdam təmsilçisi artıq kiçik büdcə ilə möcüzələr yaratmaqda davam edir.


İnanıram ki, bu dəfə də komanda uğur qazana biləcək. Yenə deyirəm çox çətin səfərdir. “Qarabağ” eyni oyun tərzinə malik komandadır. Stabil oyun göstərir, azarkeşlər ona görə komandamızdan qələbə gözləyir. Hətta heç-heçə belə Ağdam klubu üçün çox yaxşı nəticə olacaq. Bu çətin oyunda komandaya uğurlar arzulayıram”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin