“Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz sonunculardayıq. Sabah qələbə qazanmaq istəyirik. Düşünürəm ki, bunu bacaracağıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb:
“Rəqibə çox hörmət edirik. Çünki onlar Çempionlar Liqasında iki klassik komandanı – “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Biz rəqibin potensialını bilirik. “Qarabağ”ın matçlarını izləmişik. Onlar çempionat matçlarında çoxlu dəyişiklik edirlər. Amma son turda bizə məlum olan heyətlə meydana çıxdılar. Çünki liderlik üçün oynayırdılar. Rəqib çempionat matçını daha erkən keçirdi və istirahət etdi. Bizim buna çox vaxtımız olmayıb”.
Valverde “Qarabağ”ın güclü tərəflərindən danışıb: “Çox sərbəst futbol oynayırlar. Onların futbola fərqli yanaşması var. Yarımmüdafiə və hücum xəttində güclü oyunçulara sahibdirlər. Azərbaycandan olan bir komandadan danışsaq da, onların heyətində çoxlu legionerlər var. Sağ cinah oyunçusu Kadi Borges çox yaxşı futbolçudur. Mərkəz müdafiəçiləri xüsusilə seçilir. Onlar meydanda təşəbbüsü ələ alaraq futbol oynayırlar. Biz onlara öz oyunlarını oynamağa imkan verməməliyik”. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
17:32 / 21.10.2025
Valverde “Qarabağ” haqqında: “Çox sərbəst oynayırlar”
Hazırda oxunan: Valverde “Qarabağ” haqqında: “Çox sərbəst oynayırlar”
Hazırda oxunan: Valverde “Qarabağ” haqqında: “Çox sərbəst oynayırlar”
576458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.