Roman Abramoviç “Qalatasaray” futbol klubunun səhmlərini alacaq?

Hazırda oxunan: Roman Abramoviç “Qalatasaray” futbol klubunun səhmlərini alacaq?

576435

Rusiyalı iş adamı Roman Abramoviç İstanbulun “Qalatasaray” futbol klubunun səhmlərindən bir hissəsini almağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Sözcü onlayn nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, milyarder artıq Bosfor sahilində bir malikanə alıb və İstanbulda daimi məskunlaşmağa hazırlaşır.

Xatırladaq ki, Roman Abramoviç 2003–2022-ci illərdə İngiltərənin “Çelsi” klubuna sahib olub.

2022-ci ilin mayında o, klubu amerikalı investor Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satmışdı. 2025-ci ildə isə Abramoviç bəyan etmişdi ki, peşəkar futbolla əlaqəsini tam kəsib və bu sahədə heç bir şəkildə iştirak etmək istəmir.

Abramoviçin rəhbərliyi dövründə “Çelsi” beş dəfə İngiltərə çempionu, beş dəfə İngiltərə kubokunun, üç dəfə İngiltərə liqa kubokunun qalibi olub. Komanda, həmçinin, iki dəfə Çempionlar Liqasını və iki dəfə Avropa Liqasını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin