Vüqar Nadirov istefa VERDİ

Hazırda oxunan: Vüqar Nadirov istefa VERDİ

576378

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.

Bizim.Media xəbər verir ki, o, liqanın 6-cı turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.

Qeyd edək ki, 6 oyuna 9 xal toplayan “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxasında” idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin