"Mançester Yunayted" səfərdə "Liverpul"u məğlub etdi - VİDEO

Hazırda oxunan: "Mançester Yunayted" səfərdə "Liverpul"u məğlub etdi - VİDEO

576144

İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub.

"Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.
 

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.


Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin