Neymar bu il oynaya bilməyəcək

Hazırda oxunan: Neymar bu il oynaya bilməyəcək

5739

Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.

Liqa 1-in XIV turunun "Lion"la oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda "Lill"lə səfər matçını (20 dekabr) və "Strasbur"la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.

Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də "Sent-Etyen"ə qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin