Su basan kəndlər işıqsız qalıb

Hazırda oxunan: Su basan kəndlər işıqsız qalıb

56796
Sabirabadın 2010-cu ildə su basan kəndlərinin sakinləri köhnə problemlə üz-üzə qalıb. 

Rayonun Muradbəyli, Qasımbəyli, Novruzlu, Yuxarı Axtaçı kəndlərində yaşayanların Axar.az-a verdiyi məlumata görə, onlardan yenə də təbii fəlakət dövründən qalma işıq pulu borcları tələb olunur. Sakinlərin dediyinə görə, onlar vaxtında elektrik enerjisi borcunu ödəsələr də, daşqınlar dövründə üst-üstə yığılan borcların verilməsi istənilir. Seldən zərər çəkənlər isə təbii fəlakət baş verdiyi ərəfədə onların işıq pulu borclarının ölkə rəhbərliyi tərəfindən silindiyini qeyd edirlər. 

“Bir müddət əvvəl sel-daşqın dövründən qalma borcları yığmağa başladılar. Kənddə yığışıb, şikayət etdik, məsələ bağlandı. Hər kənd sakininə bir borc yazılıb: kiminə 200 manat, kiminə 300 manat. Bizim borclarımız o vaxtı silindi, prezident sağ olsun ki, borclarımızı ləğv etdi, onsuz da çətin olan vəziyyətimizdə bizə dəstək oldu”, - deyə şikayətçilər bildirirlər. 

Sakinlər deyirlər ki, borcların ödənilməsi üçün qəsdən işığı kəsirlər, fasilələrlə verirlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin