Boksçumuz dünyanın ilk onluğunda

Hazırda oxunan: Boksçumuz dünyanın ilk onluğunda

56486
"Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib.

ANS PRESS-in məlumatına görə, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Fariz Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yungül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan boksçumuz sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizinci yerdədir.

Bu çəkidə reytinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir.

Namibiyalı Betyuel Uşuna ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin