“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.
Bizim.Media “Fotomaç”a istinadən xəbər verir ki, “Beşiktaş” 20 yaşlı forvardın xidmətində maraqlıdır.
Vaxtilə “Qarabağ”da fəaliyyət göstərmiş İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli gənclər millimizin üzvünü komandaya gətirmək istəyir.
Çalışdırıcının Qurban Qurbanovun oğlu üçün “Qarabağ” rəsmiləri ilə danışıqlar apardığı iddia olunur.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:54 / 17.01.2022
Qurban Qurbanovun oğluna “Beşiktaş”dan TƏKLİF
Hazırda oxunan: Qurban Qurbanovun oğluna “Beşiktaş”dan TƏKLİF
Hazırda oxunan: Qurban Qurbanovun oğluna “Beşiktaş”dan TƏKLİF
55709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.