Yanvarın 16-da futbol üzrə İspaniya Super kubokunun final görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, turnirin son qalibi “Atletik Bilbao” klubu “Real Madrid” komandası ilə üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fahd” stadionunda baş tutan gərgin görüşdə Madrid təmsilçisi üstün olub – 2:0.
Oyunda hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. Fasilədən sonra “kral” klubu hesab arasındakı fərqi iki topa çatdıraraq oyunda qalib gəlib. Kərim Benzema hakimin təyin etdiyi penaltini dəqiq yerə yetirib.
Matçın 87-ci dəqiqəsində Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 89-cu dəqiqəsində “Atletik Bilbao” 11-metirlik cərimə zərbəsi vurmağı şansı qazanıb. Topa yaxınlaşan Raul Qarsiya fürsəti əldən verib.
Beləliklə, “Real Madrid” qələbə qazanaraq tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub. Madridlilər sonuncu dəfə 2017-ci ildə kuboku başı üzərində qaldıra biliblər.
Qeyd edək ki, “Atletik Bilbao” yarımfinalda “Atletiko Madrid”i (2:1), “Real Madrid” isə “Barselona”dan (3:2) üstün olub.
Bizim.Media