"Beşiktaş" səfərdə xal itirdi – Lider “Trabzonspor”dur

Hazırda oxunan: "Beşiktaş" səfərdə xal itirdi – Lider “Trabzonspor”dur

54581

Yanvarın 9-da futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş" səfərdə "Rizəspor"un qonağı olub.

Bizim.Media xəbər verir ki, gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. İstanbul təmsilçisinin qollarını Miçi Batşuayi (25) və Emirhan İlkhan (60) vurublar. "Rizəspor"un heyətində isə Joel Pohjanpalo (56, 68) iki dəfə fərqlənib.

Günün digər matçında "Kayserispor" doğma meydanda "Altay"ı minimal hesabla məğlub edib - 1:0. "Sivasspor" isə səfərdə "Konyaspor"u 1:0 hesabı ilə üstələyib. "Göztəpə" isə doğma divarlar arasında "Antalyaspor"un qapısından üç cavabsız top keçirib.
 

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 49 xalla “Trabzonspor” başçılıq edir. Ondan 10 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan beş xal geri qalan “Başakşəhər” isə üçüncü pillələrdə qərarlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin