Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib.
Bizim.Media-nın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov federasiya rəsmiləri və mütəxəssislərin qaldırdıqları problem və təklifləri dinləyib, onların qarşıdakı iş planları, proqramları ilə maraqlanıb.
Tədbirdə Tokio 2020-yə hazırlıq prosesinin və nəticələrin təhlili, Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq planları, federasiyaların strateji inkişaf planının hazırlanması, istiqamətlər üzrə inkişaf proqramlarının hazırlanması, idman növləri üzrə milli komandaların hazırlığı və yarışlarda iştirakı, maddi-texniki bazadan səmərəli istifadə, federasiyaların beynəlxalq əlaqələri, maliyyə, marketinq fəaliyyəti, sponsorların cəlb olunması, federasiyalarda mətbuat xidməti işinin təkmilləşdirilməsi, federasiyaların akkreditasiyası və digər məsələlər müzakirə edilib.
Tədbirin sonunda F.Qayıbov səslənən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və federasiyaların iştirakı ilə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:59 / 08.01.2022
Gənclər və idman naziri federasiya rəhbəri və məşqçilərlə görüşdü - FOTO
Hazırda oxunan: Gənclər və idman naziri federasiya rəhbəri və məşqçilərlə görüşdü - FOTO
Hazırda oxunan: Gənclər və idman naziri federasiya rəhbəri və məşqçilərlə görüşdü - FOTO
54432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.