Maradonanın ölümününü gizli məqamları - Yeni İddialar var       

Hazırda oxunan: Maradonanın ölümününü gizli məqamları - Yeni İddialar var       

5437

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Bizim.Media xəbər verir ki, Maradonaya baxan tibb bacısı Dahiana Gisela Madridin vəkili Rodolfo Bake ölümü bir həftə əvvəl baş verən hadisə ilə əlaqələndirib.

Vəkilin fikrincə, Maradona hadisədən bir həftə əvvəl yıxılıb və  başı yerə möhkəm dəyib.

“Ancaq müayinə və rentgen üçün xəstəxanaya aparılmayıb. Son günlərində ürək döyüntüləri artsa da, təcili tibbi yardıma dəfələrlə zənglər olsa da, buna ciddi yanaşılmayıb”,-deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edən Dieqo Maradonanın ölümü ilə bağlı onun həkimi, tibb bacısı və mühasibi ilə bağlı istintaq başladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin