Dünyanın 1 nömrəli tennisçisinin başına iş gəldi – Deportasiya edirlər

Hazırda oxunan: Dünyanın 1 nömrəli tennisçisinin başına iş gəldi – Deportasiya edirlər

54086

Avstraliyanın Melburn federal məhkəməsi cümə axşamı Avstraliya vizasının ləğvinin qanuniliyinə və ölkə sərhədçiləri tərəfindən çıxarılan deportasiya qərarına etiraz etməyə çalışan serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti üzrə dinləməsini təxirə salıb. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb. 

Mənbə qeyd edir ki, federal dairə məhkəməsinin hakimi Entoni Kelli serb tennisçinin şikayətinə baxılmasını yanvarın 10-u, bazar ertəsi saat 10:00-a (Bakı vaxtı ilə gecə saat 03:00) qədər təxirə salıb.

Həmin vaxta qədər Cokoviç Melburndakı miqrant otelində qalacaq.

Serb tennisçi çərşənbə günü axşam Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Daha sonra məlum olub ki, Cokoviç Avstraliya sərhəd rəsmilərinə COVID-19 peyvəndi ilə bağlı obyektiv və dürüst sübutlar təqdim edə bilməyib. Bütün gecə davam edən prosesdən sonra idmançının vizası ləğv edilib, onun özünə də ölkəni tərk etmək zərurəti ilə bağlı xəbərdarlıq edilib.

Cokoviçin vizasının ləğvi ilə bağlı qalmaqalın fonunda Avstraliya Federal Sərhəd Xidməti COVID-19 peyvəndlərindən tibbi azad edilmiş və lazımi peyvəndlər olmadan ölkəyə gələn Avstraliya Açıq çempionatının digər iki tennisçisinin sənədlərinə yenidən baxacağını açıqlayıb.

Avstraliya Açıq Tennis Çempionatının təşkilatçıları yanvarın 5-də təsdiqləyiblər ki, dünyanın 1 nömrəli tenninçisi Cokoviç COVID-19 peyvəndi ilə bağlı tibbi azadlığa əsaslanaraq ölkəyə daxil olmaq və turnirdə iştirak etmək üçün icazə alıb.

Bu mesaj ölkədə kəskin mənfi reaksiyaya səbəb olub, həm idmançının özü, həm də ikili standartlar praktikasında ittihamlarla üzləşən Avstraliyanın federal və regional hakimiyyət orqanları sərt tənqid edilib.

Avstraliya Tennis Federasiyası və Viktoriya ştatı Cokoviçin peyvənd oluna bilməyəcəyinə dair inandırıcı sübutlar təqdim etdiyi üçün ölkəyə giriş icazəsi aldığını, lakin yerli media və Avstraliya sosial media istifadəçilərinin bu iddialara şübhə ilə yanaşdığını bildirib.
Xatırladaq ki, 34 yaşlı Cokoviçin Böyük Dəbilqə turnirlərində 20 qələbəsi var. 

Avstraliyanın açıq çempionatı yanvarın 17-dən 30-dək Melburnda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin