İlin ən çox qazanan idmançıları açıqlandı - "Forbes"in siyahısı

Hazırda oxunan: İlin ən çox qazanan idmançıları açıqlandı - "Forbes"in siyahısı

52800

"Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 50 nəfərlik siyahıda illik gəlir məbləği ötən illə müqayisədə 28.5 milyondan 34 milyon ABŞ dollara yüksəlib.

İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. Onun 2021-ci ildəki gəliri 180 milyon dollar təşkil edib. Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2-ci (130 milyon dollar), Portuqaliya millisinin və "Mançester Yunayted"un hücumçusu Kriştiano Ronaldo 3-cü (120 milyon dollar) 3-cü olub.

Siyahıda ilk "onluq" aşağıdakı kimidir:

1. Konor Makqreqor - 180 milyon dollar

2. Lionel Messi - 130 milyon dollar

3. Kriştiano Ronaldo - 120 milyon dollar

4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar

5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar

6. Neymar (PSJ, Fransa) - 95 milyon

7. Rocer Federer (tennis) - 90 milyon dollar

8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar

9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar

10. Kevin Dürant (basketbol) - 75 milyon dollar

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin