Avropanın ən yaxşı idmançısı o seçildi

Hazırda oxunan: Avropanın ən yaxşı idmançısı o seçildi

52614

2021-ci ildə Avropanın ən yaxşı idmançısı müəyyənləşib.

Bizim.Media-nın məlumatına görə, Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi sorğuda dünya tennisinin lideri Novak Cokoviç birinci yeri tutub.

Serbiyalı raketka ustası 172 xal toplayaraq, ən yaxın izləyicisi Robert Levandovskini 39 xal qabaqlayıb. Üçüncü yeri isə 125 xalla "Red Bull" komandasının niderlandlı pilotu, "Formula 1" üzrə dünya çempionu Maks Ferstappen tutub.

Beləliklə, Cokoviç PAP-ın sorğusunda dördüncü dəfə qalib adını qazanıb. Daha əvvəl o, 2011, 2015 və 2018-ci illərdə bütün rəqiblərini üstələməyi bacarıb.

Bu il 34 yaşlı tennisçi Böyük Dəbilqə seriyalı turnirlərdən "Australian Open", "Roland Garros" və "Wimbledon"un qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin