Dünya çempionatı: şahmatçılarımız ilk turlarda bu NƏTİCƏLƏRİ göstərdilər

Hazırda oxunan: Dünya çempionatı: şahmatçılarımız ilk turlarda bu NƏTİCƏLƏRİ göstərdilər

52600

Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, yarışın birinci günündə qadın şahmatçılar rapid üzrə 4, kişilər isə 5 turda mübarizə aparıblar. Təmsilçilərimizdən ən yüksək nəticəni Zeynəb Məmmədyarova göstərib. Belə ki, 4 turda 3 xal toplayan şahmatçımız bu nəticə ilə 14-cü pillədə qərarlaşıb.

Digər şahmatçılarımız Gövhər Beydullayeva 2, Türkan Məmmədyarova və Xanım Balacayeva 1,5, Gülnar Məmmədova isə 1 xal toplayıblar.

Kişilərin yarışında şahmatçımız Şəhriyar Məmmədyarov 5 turda 3,5 xal topalyaraq 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Vasif Durarbəyli 39-cu yerdədir. Məhəmməd Muradlı 3, Rauf Məmmədov 2,5, Vüqar Əsədli, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 2 xal toplayıblar.

Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin