Dekabrın 18-də futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda "Başakşəhər”i qəbul edib.
Bizim.Media xəbər verir ki, gərgin keçən görüşdə hesabı 20-ci dəqiqədə qonaqların hücumçusu Stefano Okaka açıb. Meydan sahibləri isə 87-ci dəqiqədə Mustafa Mohamedin vurduğu qolla hesabı bərabərləşdirib. Oyun elə bu hesabla bitib - 1:1.
Günün digər matçlarında "Trabzonspor" öz meydanında "Hatayspor"u 2:0 hesabı ilə üstələyib. "Sivasspor" səfərdə "Kasımpaşa"nı 3:1 hesabı ilə məğlub edib. "Konyaspor"da doğma divarlar arasında "Antalyaspor"u minimal hesabla udub. "Adana Dəmirspor" isə səfərdə "Alanyaspor"a 3:1 hesabı ilə qalib gəlib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.
Bizim.Media