Azərbaycanlı güləşçi erməni rəqibini 9:0 hesabı ilə məğlub etdi

Hazırda oxunan: Azərbaycanlı güləşçi erməni rəqibini 9:0 hesabı ilə məğlub etdi

5132

Bizim.Media xəbər verir ki, Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib.

O, rəqibini 9:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək.

Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin