UEFA “Qarabağ”ın “Zalsburq”la oyuna qara sarğı ilə çıxmasına icazə verməyib

Hazırda oxunan: UEFA “Qarabağ”ın “Zalsburq”la oyuna qara sarğı ilə çıxmasına icazə verməyib

51215
UEFA quruma müraciət edən Azərbaycan çempionu “Qarabağ”ın xahişini nəzərdən keçirib.

Avropa futbol qurumu Ağdam təmsilçisinin iki məsələ ilə bağlı müraciətinə cavab verib.

UEFA Avstriyanın “Zalsburq” klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin bakıdakı ilk oyununda qırmızı vərəqə alan Reynaldonun cəzasının ləğv etməkdən imtina edib. Qurum futbolçunun meydandan qovulmasının haqsız olduğu ilə bağlı iddiaları əsassız sayıb və cənubi amerikalının cavab matçında iştirakına icazə verməyib.

“Qaraba𔝠digər müraciətinə də “yox” cavabı alıb. Belə ki, müəyyən hissəsi Ermənistan tərəfindən işğal olunan Ağdamı təmsil edən klub son günlər təmas xəttində Azərbaycan ordusunun şəhid verməsi səbəbindən meydana qara sarğı ilə çıxmaq üçün də UEFA-ya müraciət etmişdi. Lakin bunu siyasi məsələ sayan qurum futbola heç bir bağlılığı olmadığını əsas gətirərək “Qarabağ”ın xahişini müsbət dəyərləndirməyib.


APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin