Belarus - Azərbaycan oyunu neytral ölkədə keçirilə bilər

Hazırda oxunan: Belarus - Azərbaycan oyunu neytral ölkədə keçirilə bilər

0:00
0:00
51084

UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığmasının ev oyunları neytral ölkədə keçirilə bilər.

Bizim.Media xəbər verir ki, bu, Belarusda vəziyyətin qaydasında olmaması ilə əlaqədardır. 

UEFA prezidenti Aleksander Çeferin ölkədəki situasiyanın izləməkdə davam edəcəklərini bildirib. O əlavə edib ki, yaxın vaxtlarda orada turnirlər olmayacaq. 

UEFA iyunda öz turnirlərinin Belarusda təşkilindən imtina edib. Bu, Avropa İttifaqının "Ryanair"ə məxsus təyyarəsi ilə bağlı insidentə görə baş verib.

Belarus yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Rusiyanın Kazan şəhərində qəbul edib.
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək. Püşkün nəticəsinə əsasən, yığmamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin