Azarkeşlərin hücumundan sonra Mahirin başında şiş yaranıb – Həkim nə tövsiyə etdi?

Hazırda oxunan: Azarkeşlərin hücumundan sonra Mahirin başında şiş yaranıb – Həkim nə tövsiyə etdi?

50773

Polşanın "Legiya" klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçdiyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Sparkchronicles" nəşri məlumat yayıb.

Müayinə zamanı 24 yaşlı hücumçunun baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. 

Bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyən futbolçu bu gün "Zaqlembe" ilə matçda meydana çıxmayacaq.
 

Xəbərdə qeyd edilib ki, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.


Xatırladaq ki, "Legiya" fanatları komandalarının Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum ediblər.

Nəticədə, biri Mahir Emreli olmaqla 2 legioner xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin