Polşanın “Legiya” klubunun səfərdə Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduğu barədə xəbər vermişdik.
Bizim.Media-nın məlumatına görə, azarkeşlər oyundan sonra “Legiya”nın oyunçularına hücum edərək onlara xəsarət yetiriblər.
MÖVZU İLƏ BAĞLI:
Mahirin komandası Krivotsyuklu "Visla"ya belə uduzdu - VİDEO
Polşa mətbuatı legioner futbolçulardan ciddi xəsarət aldığını yazıb. Bu futbolçuların Azərbaycan millisinin üzvü Mahir Emreli və Lukinyas olduğu iddia olunur.
“İnteria” nəşri polisin hadisəyə müdaxilə etdiyini yazıb.
Xatırladaq ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib. Uğursuz mövsüm keçirən "Legiya" 12 xalla 18-ci pillədə qərarlaşır.
Bizim.Media