Almanlar Dünya Kubokunu zədələdilər

Hazırda oxunan: Almanlar Dünya Kubokunu zədələdilər

50320
Almaniya yığma komandasının futbolçuları dünya çempionatındakı qələbələrini qeyd edərkən turnirin baş mükafatı olan qəniməti - Dünya kubokunu zədələyiblər.

Moderator.az-ın məlumatına görə, bu barədə alman futbol ittifaqının prezidenti Volfranq Nirsbax danışıb. Mərasim zamanı Dünya kubokundan bir parça qopub. İndi təşkilat mütəxəssislərin köməyilə kuboku restavrasiya edəcək.

Kubokun məhz hansı oyunçu tərəfindən zədələndiyi və hadisənin necə baş verdiyi açıqlanmır. "Biz ciddi və dərin araşdırma apardıq, lakin bu heç bir nəticə vermədi".

KİV isə əsl Dünya kubokunun deyil, surətinin zədələndiyini yazır. Çünki Beynəlxalq Futbol Federasiyasının (FİFA) qaydalarına əsasən orijinal təşkilatda saxlanılır, qalib-komanda isə qənimətin oxşarı verilir.

Xatırladaq ki, Almaniya yığması futbol üzrə "Dünya Çempionatı 2014"ün finalında Argentina komandasını məğlub edərək dünya çempionu olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin