Azərbaycan şahmatçısı səkkizinci oldu - SON TURUN NƏTİCƏLƏRİ

Hazırda oxunan: Azərbaycan şahmatçısı səkkizinci oldu - SON TURUN NƏTİCƏLƏRİ

49756

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb.

Bizim.Media xəbər verir ki, bu gün keçirilən 9-cu - son turda Azərbaycan təmsilçilərinin hər üçü - Məhəmməd Muradlı, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə heç-heçə ediblər.

Şahmatçılarımızdan ən yaxşı nəticəni M.Muradlı əldə edib. Belə ki, liderdən cəmi yarım xal geri qalan şahmatçımız 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Digər təmsilçilərimiz – E.Səfərli 6 xalla 14-cü, A.Süleymanlı 5,5 xalla 34-cü olublar. Turnir İsveçrə sistemi üzrə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin