“Qarabağ” 1-ci olsa nə olacaq, 2-ci olsa nə olacaq? – Püşkatma...

Hazırda oxunan: “Qarabağ” 1-ci olsa nə olacaq, 2-ci olsa nə olacaq? – Püşkatma...

49690

“Qarabağ” sabah Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi qrupu 1-ci yerdə başa vurmaq üçün İsveçrədə qarşılaşacağı yerli “Bazel”ə mütləq qalib gəlməlidir. 

Bizim.Media Qol.az-a istinadən xəbər verir ki, E qrupunda yarışan Qurban Qurbanovun komandası hazırda “Bazel”lə birgə 11 xalla 1-2-ci yerləri bölüşdürür. Lakin ağdamlılar topların nisbətinə görə rəqibdən geri qaldığından sonuncu oyunda qeydə alınacaq mümkün heç-heçə yalnız rəqibin xeyrinə olacaq. Ona görə də 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün son turda
 

“Qarabağ”a qələbə lazımdır. Əks halda “Qarabağ” qrup ikincisi kimi əvvəlcə KL-in pley-offunda (şərti olaraq 1/16 final da adlandırmaq olar) Avropa Liqasında qrup üçüncüsü olan 8 komandadan biri ilə qarşılaşmalı olacaq. 


“Qarabağ” 1/8 finala birbaşa vəsiqə qazanarsa...

Əgər sabah “Bazel” üzərində qələbə qazanılsa, bu halda qrup birincisi olaraq, Ağdam təmsilçisi 1/8 finalın püşkatmasında “səpələnmişlər” səbətində yer alacaq.  Hazırda KL-də 6 komanda birinciliyi təmin edib. Bunlar aşağıda adları qeyd edilənlərdir:

“Alkmaar” (Niderland)    

“Gent” (Belçika)

“Kopenhagen” (Danimarka)

LASK (Avstriya)

“Renn” (Fransa)

“Feyenoord” (Niderland)

Digər iki komanda qrupun sonuncu turunun sabahkı oyunlarından sonra müəyyənləşəcək.
 

Onların rəqibləri pley-offun qalibləri olacaq və “səpələnməmişlər” səbətində yer alacaq (Konfrans Liqasının qrup 2-ciləri və ya Avropa Liqasının qrup 3-cüləri).


“Səpələnmişlər” səbətindəki komandalar iki oyundan ibarət olacaq 1/8 finalda cavab görüşlərini evdə keçirəcəklər. 1/8 finalın püşkatması 2022-ci ilin fevralın 25-də UEFA-nın Nyondakı qərargahında keçiriləcək. Bu mərhələnin oyunları isə 10 və 17 marta nəzərdə tutulub.

“Qarabağ” qrupda 2-ci yeri tutarsa...

Bu halda 1/8 finala gedən “marşrut” uzanacaq. Bunun üçün Ağdam təmsilçisi ilk növbədə Avropa Liqasından Konfrans Liqasına “düşən” 8 komandadan biri ilə qarşılaşmalıdır. Hazırda Avroliqadan qrup üçüncüsü kimi hələlik 2 komandanın KL-in pley-offunda oynayacağı dəqiqdir.

Bunlar “Seltik” (Şotlandiya) və “Fənərbaxça”dır (Türkiyə). İsrailin “Makkabi” (Tel-Əviv) komandasının isə “pley-off”da KL-nin qrup ikincisi kimi oynayacağı dəqiqləşib.
 

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər. 


Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.

Konfrans Liqasının 1/8 finalın eyni ölkəni təmsil edən 2 komanda bir-birinə rəqib ola bilməzlər.

Əlavə edək ki, "Bazel" - "Qarabağ" matçı sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin