Oyunda huşunu itirən "Barselona" futbolçusundan xəbər var: "Beyin silkələnməsi..." 

Hazırda oxunan: Oyunda huşunu itirən "Barselona" futbolçusundan xəbər var: "Beyin silkələnməsi..." 

49134

İspaniya La Liqasının XVII turunda "Betis"lə oyunda zədələnən "Barselona"nın futbolçusu Qavinin durumuna aydınlıq gəlib. 

Bizim.Media İspaniyanın "Marca" qəzetinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin beyin silkələnməsi ehtimalı barədə məlumat təsdiqini tapmayıb. 

Qavi komandasının 0:1 hesabı uduzduğu matçın ilk hissəsində xəsarət alıb. İspaniyalı oyunçu 36-cı dəqiqədə əvəzlənib.

Yarımmüdafiəçi epizodların birində rəqib oyunçu Hektor Bellerinlə toqquşub. O, ilk olaraq matça davam etsə də, bir neçə dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya aparılan futbolçuda ciddi problem aşkarlanmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin