"Bavariya" azarkeşsiz qala bilər - YENİ QADAĞA

Hazırda oxunan: "Bavariya" azarkeşsiz qala bilər - YENİ QADAĞA

48822

Almaniya Bundesliqasının oyunlarında azarkeş sayı ilə bağlı məhdudiyyət tətbiq olunacaq.

Bizim.Media "Kicker" nəşrinə istinadən xəbər verir ki, bu, ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlıdır.

İddiaya görə, stadionlara 15 mindən çox tərəfdar buraxılmayacaq. Həmçinin, bəzi bölgələrdə matçların azarkeşlərlə keçirilməsi qadağan olunacaq.

Onların arasında Münhen şəhəri də var. Bu halda, "Bavariya" ev matçlarını boş tribunalar qarşısında oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, hazırda "Bavariya" 31 xalla turnir cədvəlinə başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin