"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu mükafata Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi layiq görülüb.
Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski isə ilin hücumçusu seçilib.
32 yaşlı forvard 2021-ci ildə vurduğu 53 qolla bütün rəqiblərini qabaqlayıb.
Bizim.Media