Dekabrın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması
5. Digər məsələlər
Qeyd edək ki, bu iclasda AFFA ilə müqaviləsi başa çatan millimizin italiyalı baş məşqçisi Canni De Byazinin yerinə yeni namizəd axtarışının elan olunacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:09 / 29.11.2021
AFFA-da vacib iclas: YENİ BAŞ MƏŞQÇİ KİM OLACAQ?
Hazırda oxunan: AFFA-da vacib iclas: YENİ BAŞ MƏŞQÇİ KİM OLACAQ?
Hazırda oxunan: AFFA-da vacib iclas: YENİ BAŞ MƏŞQÇİ KİM OLACAQ?
48247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.