FIFA 2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək.
Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.
Qeyd edək ki, ötən ildən təxirə salınmış dünya çempionatının qalibi Almaniya "Bavariya"sı olub.
Bizim.Media