Qurban Qurbanov: “Təxribatlar bizə daha da güc verir"

Hazırda oxunan: Qurban Qurbanov: “Təxribatlar bizə daha da güc verir"

47489

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasında "Omoniya" ilə oyundan öncə mətbuat konfransında deyib.

“Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq", - deyə Qurbanov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov: “Hər oyunda qalib gəlmək istəyirsən”


"Qarabağ"ın baş məşqçisi Azərbaycan klublarının Kipr təmsilçiləri ilə görüşlərdə üzləşdikləri təxribatlara isə belə münasibət bildirib:

"Meydana su şüşəsi və ya başqa yad əşyalar atmaq azarkeşlərin çılğınlığından irəli gəlir. Bizə qarşı bəzən başqa təxribatlar olub. Belə hallar futbolçularıma, əksinə, daha da güc-qüvvə verir. Deməsəm belə, daha da istəkli olurlar, yaxşı mübarizə aparmağı düşünürlər. Amma belə bir fikir yoxdur ki, mütləq udmalı, 3-5 qol vurmalıyıq. Bu cür düşüncə bizə mane ola bilər".

Xatırladaq ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin