İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, İtaliyanın “Yuventus” klubu Turin təmsilçisi Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.
“Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb.
Çempionlar kuboku adlanan yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.
Matçın icmalını təqdim edirik:
Bizim.Media