Bakıdakı yarışda Azərbaycanı 15 gimnast təmsil edəcək

Hazırda oxunan: Bakıdakı yarışda Azərbaycanı 15 gimnast təmsil edəcək

47310

Noyabrın 25-də Bakıda start götürəcək batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları üçün Azərbaycan yığma komandasının heyəti müəyyənləşib.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkənin 15 gimnastı medallar uğrunda mübarizə aparacaq.

Oğlanlardan İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, qızlardan isə Səma Cəfərova, Şəfiqə Hümbətova, Selcan Məhsudova bacarıqlarını göstərməyə çalıaşacaqlar.

11-12, 13-14, 15-16 və 17 - 21 yaş kateqoriyalarında gimnastlar batut, tamblinq, ikili mini-batut üzrə yarışlara qatılacaqlar.

Onlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin