DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Məlumata görə, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər seçməsini hazırlıq məqsədilə bu qrupa dəvət edib.
Bu komanda A qrupunda yer alan bütün kollektivlərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.
Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.
Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:21 / 08.12.2020
Millimizin qrupunda komanda sayı artırıldı
Hazırda oxunan: Millimizin qrupunda komanda sayı artırıldı
Hazırda oxunan: Millimizin qrupunda komanda sayı artırıldı
4688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.