Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Fərid Qayıbovun şimal rayonlarına səfərindən görüntülər - VİDEO
Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Bizim.Media