Azərbaycanın futbol üzrə milli komandasının Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində uğursuz nəticələr göstərməsi baş məşqçi Canni De Byazinin postundan göndərilməsi məsələsini yenidən gündəmə gətirib.
Xüsusilə də, komandanın meydanda baxımlı oyun sərgiləyə bilməməsi də italyalı mütəxəssislə yolların ayrılması ehtimallarını xeyli gücləndirib.
Bundan əlavə, De Byazinin AFFA ilə olan müqaviləsi də noyabrın 30-da sona çatacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? - Gündüz Abbaszadə çətin sual qarşısında - VİDEO
De Byazinin millidəki taleyi ilə bağlı Bizim.Media-ya açıqlama verən AFFA-nın mətbuat katibi Firuz Qarayev italyan mütəxəssisin taleyinə icraiyyə komitəsinin iclasında qərar veriləcəyini bildirib:
“Yaxın günlərdə De Byazinin millidəki taleyi ilə bağlı icraiyyə komitəsinin iclası keçiriləcək. İclasda baş məşqçinin təqdimatı dinləniləcək və onunla yolların ayrılması məsələsinə də aydınlıq gətiriləcək. Hələliksə, bununla bağlı dəqiq məlumat vermək mümkün deyil”.
Qeyd edək ki, De Byazinin rəhbərliyi altında milli komanda Dünya Çempionatının seçmə mərhələsini 1 xalla, qrup sonuncusu kimi başa vurub.
Murad Əhmədov, Bizim.Media