Sloveniyada keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün 6-cı turun oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında Azərbaycan və Ermənistan yığmaları üz-üzə gələcək.
Hər iki komandanın aktivində 8 xal var. Ən yaxşı əlavə göstəricilər sayəsində Azərbaycan 1-ci, Ermənistan isə 5-ci yerdədir. Rusiya, Ukrayna, Macarıstan və Niderland da hərəyə 8 xal toplayıb.
Azərbaycan - Ermənistan matçı üçün heyətlər:Şəhriyar Məmmədyarov (2765) - Qabriel
Sarkisyan (2664)
Teymur Rəcəbov (2763) - Hayk Martirosyan (2624)
Rauf Məmmədov (2673) - Robert Ovannisyan(2622)
Nicat Abasov (2634) - Samvel Ter-Saakyan (2615).
Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk 5 turda İtaliya (4:0), Serbiya (3:1), Almaniya (2,5:1,5) yığmalarına qalib gəlib, Macarıstan və Rusiya ilə heç-heçə edib.
Qadınların yarışında Azərbaycan şahmatçıları İtaliya ilə qarşılaşacaq. Komandamızın aktivində 7 xal var və 5-ci yerdə qərarlaşıb. İtalyanların da 7 xalı var və 6-cı yerdədir. Rusiya 10 xalla liderdir. Gürcüstan və Yunanıstan hərəyə 8 xalla müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıb.
İtaliya - Azərbaycan
Marina Brunello (2359) - Günay Məmmədzadə (2459)
Olqa Zimina (2339) - Gülnar Məmmədova (2395)
Tea Guechi (2242) - Xanım Baladzhaeva (2369)
Daniela Movilyanu (2214) - Ülviyyə Fətəliyeva (2309).
Avropa çempionatı 9 turdan ibarətdir və noyabrın 21-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:08 / 18.11.2021
Avropa çempionatında lider olan Azərbaycan şahmatçıları Ermənistana qarşı - CƏDVƏL
Hazırda oxunan: Avropa çempionatında lider olan Azərbaycan şahmatçıları Ermənistana qarşı - CƏDVƏL
Hazırda oxunan: Avropa çempionatında lider olan Azərbaycan şahmatçıları Ermənistana qarşı - CƏDVƏL
46642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.