DÇ-2022: Final mərhələsinə növbəti 3 vəsiqənin sahibi müəyyənləşir

Hazırda oxunan: DÇ-2022: Final mərhələsinə növbəti 3 vəsiqənin sahibi müəyyənləşir

45923

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günün 4 qrupda 10 qarşılaşma baş tutacaq.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Priney təmsilçisinə isə heç-heçə də sərf edəcək. 

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməlidir. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.

H qrupunda həlledici oyun Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar qələbə qazansa, mundialda iştirakı təmin edəcək.

DÇ-2022, seçmə mərhələ

X tur

14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya

23:45. Portuqaliya - Serbiya

Xal durumu: Portuqaliya - 17 (7 oyuna), Serbiya - 17 (7), Lüksemburq - 9 (7), İrlandiya - 6 (7), Azərbaycan - 1 (8)

B qrupu

23:45. Yunanıstan - Kosovo

23:45. İspaniya - İsveç

Xal durumu: İspaniya - 16 (7 oyuna), İsveç - 15 (7), Yunanıstan - 9 (7), Gürcüstan - 7 (8), Kosovo - 4 (7)

H qrupu

18:00. Malta - Slovakiya

18:00. Sloveniya - Kipr

18:00. Xorvatiya - Rusiya

Xal durumu: Rusiya - 22, Xorvatiya - 20, Slovakiya - 11, Sloveniya - 11, Malta - 5, Kipr - 5.

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya

21:00. Şimali Makedoniya - İslandiya

21:00. Ermənistan - Almaniya

Xal durumu: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin