Daha 2 komanda DÇ-2022-yə vəsiqəni təmin etdi - NƏTİCƏLƏR

Hazırda oxunan: Daha 2 komanda DÇ-2022-yə vəsiqəni təmin etdi - NƏTİCƏLƏR

45919

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura gecənin 4 oyunu ilə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, qarşılaşmaların ardından Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər. 

Türkiyənin də yer aldığı G qrupunda birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gələcək. 

DÇ-2022, seçmə mərhələ

IX tur

13 noyabr

D qrupu

Bosniya və Herseqovina - Finlandiya - 1:3

Fransa - Qazaxıstan - 8:0

Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

Uels - Belarus - 5:1

Belçika - Estoniya - 3:1

Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

21:00. Norveç - Latviya - 0:0

21:00. Türkiyə - Cəbəllütariq - 6:0

Monteneqro - Niderland - 2:2

Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya və Danimarka da DÇ-2022-yə vəsiqə qazanıb. Cənubi Amerika zonasından Braziliya bu hüquqa yiyələnib. Qətər isə mundiala ev sahibi kimi birbaşa vəsiqə əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin