Azərbaycan - Qətər matçında 4 qol

Hazırda oxunan: Azərbaycan - Qətər matçında 4 qol

45917

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Bizim.Media-nın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.



*** 09:00

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. 

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə qalib gəliblər (2:1), bir dəfə isə 1:1 hesablı bərabərlik qeydə alınıb. 

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. 

Qeyd edək ki,  Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin